Modern.az

“Tokio-2020”: İlk qızıl medalı o qazandı  

“Tokio-2020”: İlk qızıl medalı o qazandı  

Dünya

24 İyul 2021, 08:37

"Tokio-2020" Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb.

 

Modern.az xəbər verir ki, qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çinli Qian Yang 251,8 xalla bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.

 

Beynəlxalq Olimpiya Komitəsinin komandasının üzvü, rusiyalı Anastasiya Qalaşina gümüş, İsveçrə atıcısı Nina Kristen isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Q.Yang bu nəticə ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok