Modern.az

Telman İsmayılov təcridxanaya yerləşdirildi: Deportasiyası hazırlanır

Telman İsmayılov təcridxanaya yerləşdirildi: Deportasiyası hazırlanır

2 Oktyabr 2021, 18:19

Azərbaycanlı iş adamı, Moskvadakı Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Qaradağda həbs olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan təcridxanaya yerləşdirilib. Bu gün Podqoritsa şəhərində Ali Məhkəmənin hakimi Vladimir Novoviç bu barədə qərar verib.

 

Telman İsmayılov Rusiya tərəfindən qətl sifarişində ittiham olunaraq beynəlxalq axtarışa verilib.

 

AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov 1956-cı ildə Azərbaycanda anadan olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir