Modern.az

Saakaşvilinin vəziyyəti yaxşılaşıb

Saakaşvilinin vəziyyəti yaxşılaşıb

Dünya

23 Noyabr 2021, 17:15

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti yaxşılaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun həkimi məlumat verib.

 

Həkimin sözlərinə görə, eks-prezident özünü yaxşı hiss edir və fiziki cəhətdən gündən-günə daha da yaxşılaşır.

 

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə cəlb edilib. 50 gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb.
M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok