Modern.az

92 yaşlı milyarder 5-ci dəfə evlənir: “Xoşbəxtəm...”

92 yaşlı milyarder 5-ci dəfə evlənir: “Xoşbəxtəm...”

21 Mart 2023, 17:32

Milyarder, media maqnatı Rubert Murdoç beşinci dəfə evlənməyə qərar verib.

 

Modern.az xəbər verir ki, 92 yaşlı iş adamı sevdiyi xanımla - Ann Lesley Smithlə nişanlandığını, yaxın vaxtlarda evlənəcəyini deyib.

 

Məlumata görə, onlar ötən ilin sentyabr ayında Moraga malikanəsində tanış olublar.

 

"Çox həyəcanlı idim. Aşiq olmaqdan qorxurdum. Ancaq bunun mənim üçün son eşq olacağını da bilirdim. Xoşbəxtəm", - media maqnatı bildirib.

 

Cütlüyün toyu yay aylarına planlaşdırılır.

 

"İkimiz də həyatımızın ikinci yarısını birlikdə yaşamağı səbirsizliklə gözləyirik", - deyə milyarder söyləyib.

 

 Qeyd edək ki, 66 yaşlı Ann Lesley Smith bundan əvvəl televiziya rəhbəri, müğənni Chester ilə evli olub.

 

"Rəhmətlik həyat yoldaşım da Rubert kimi iş adamı idi. Yerli media üçün çalışırdı. "Univision"un tanınmasına kömək etmişdi. Buna görə də Rubertin dilindən anlayıran. Eyni inancları paylaşırıq",- o deyib.

 

Murdoç bundan əvvəl Patricia Booker, jurnalist Anna Murdoch, Wendi Deng ve model Jerry Hall ilə evli olub. Sonuncu evliliyini ötən ilin avqustunda bitirib. Onun 6 övladı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü