Modern.az

Rusiya casusu “iş başında” tutuldu - FOTOLAR

Rusiya casusu “iş başında” tutuldu - FOTOLAR

Dünya

30 Mart 2023, 14:18

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Odessa vilayətində Rusiya raketlərini yerli enerji obyektlərinə "yönəldən" casusu həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Strana" yazıb.

 

Məlumata görə, o, işğalın əvvəlindən Odessada Rusiya qüvvələrini dəstəkləmək üçün təbliğat şəbəkəsi təşkil etməyə çalışıb. Həmçinin mühüm infrastruktur obyektlərinin yerləşdiyi yerlər haqqında məlumat toplayıb.

 

Casus iş başında yaxalanıb. Onun yaşadığı ünvanda aparılan axtarışlar zamanı kompüter avadanlığı, fleş disklər və Rusiya Federasiyası ilə əlaqəsini təsdiq edən sənədlər aşkar edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü