Modern.az

Qərb ölkələrindən Rusiyadakı qiyama REAKSİYALAR

Qərb ölkələrindən Rusiyadakı qiyama REAKSİYALAR

Dünya

24 İyun 2023, 12:42

Rusiyada "Vaqner" muzdluları ilə bağlı yaşanan gərginlik Qərb ölkələrinin də diqqətindən yayınmayıb.

 

Modern.az xəbər verir ki, bir sıra Qərb rəsmiləri Rusiyadakı hadisələrə münasibət bildirib.

 

Ağ Ev Rusiyadakı vəziyyəti izlədiyini və müttəfiqlərlə məsləhətləşəcəyini bəyan edib. 

 

Avropa Komissiyasının (AK) nümayəndəsi isə bildirib ki, Avropa İttifaqı Rusiyada Yevgeni Priqojin ətrafında baş verən hadisələri bu ölkənin daxili işi hesab edir. "Biz vəziyyəti izləyirik”, - o deyib.

 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Priqojinin qiyamı səbəbindən Rusiya təhlükəsizliyinə son dövrlərin ən böyük təhdidi ilə üzləşib. "Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının loyallığı yaxın saatlarda bu böhranın necə inkişaf edəcəyini müəyyən edəcək", - nazir vurğulayıb.

 

"France-Presse" agentliyi Yelisey sarayına istinadla bildirir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyadakı vəziyyəti diqqətlə izləyir.

 

İtaliya Xarici İşlər Nazirliyi hazırda Rusiyada olan vətəndaşları üçün kritik problem olmadığını açıqlayıb, lakin onları ehtiyatlı olmağa çağırıb.

 

İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb ki, Rusiyada qeyri-sabitlik artır və bu, bütün region üçün təhlükədir. O vurğulayıb ki, Rusiyada vəziyyət narahatedici ssenari ilə inkişaf edir.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir