Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 254 mini ötdü

Rusiyanın Ukraynadakı itkiləri 254 mini ötdü

Dünya

14 Avqust 2023, 09:10

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 530 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 254 380 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 19 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok