Modern.az

Avropa rəhbərləri ABŞ-a gedir

Avropa rəhbərləri ABŞ-a gedir

Dünya

18 Oktyabr 2023, 13:46

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bu həftə Vaşinqtona səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

 

Avropa rəsmiləri ABŞ prezidenti Co Baydenlə görüşəcəklər.

 

Nəşr yazır ki, görüşdə Aİ və ABŞ İsrailə dəstək üçün vahid cəbhə kimi çıxış etməyə çalışacaq, həmçinin Qəzzada quru əməliyyatı zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı ölkənin baş naziri Benyamin Netanyahuya təzyiq göstərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir