Modern.az

ABŞ Ukraynaya görə müttəfiqlərdən yardım gözləyir

ABŞ Ukraynaya görə müttəfiqlərdən yardım gözləyir

Dünya

5 Yanvar 2024, 09:55

ABŞ Ukraynaya maliyyə çatışmazlığı barədə xəbər verib və müttəfiqlərindən dəstək gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

"Biz, əlbəttə ki, istəyirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız da Ukraynaya kömək etməkdə davam edə bilsinlər. Bizim artıq bunun üçün vəsaitimiz yoxdur", - Con Kirbi deyib.

 

O əlavə edib ki, Ağ Ev hələ də Ukraynaya yardım göstərmək üçün əlavə maliyyə almağa ümid edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok