Modern.az

Paşinyan Qazaxın kəndlərindən DANIŞDI - Təmas xəttini sərhədlə əvəz etmək istəyirik

Paşinyan Qazaxın kəndlərindən DANIŞDI - Təmas xəttini sərhədlə əvəz etmək istəyirik

Dünya

19 Mart 2024, 10:26

“Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Voskepar kəndinin (Azərbaycanın Əskipara kəndinə bitişik kənd) sakinləri ilə görüşdə deyib.

 

O əlavə edib ki, Azərbaycanla danışıqlar zamanı sərhədyanı kəndlərin sakinlərinin təhlükəsizliyinə təminat kimi məsələlər öz həllini tapacaq.

 

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun 7 kəndi (4 bitişik, 3 eksklav) və Sədərək rayonunun 1 kəndi (eksklav Kərki kəndi) Ermənistanın nəzarəti altındadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü