Modern.az

Terrorda yaralanan 107 nəfər xəstəxanalarda müalicə olunur - 3-ü uşaqdır

Terrorda yaralanan 107 nəfər xəstəxanalarda müalicə olunur - 3-ü uşaqdır

Dünya

23 Mart 2024, 17:33

Moskvada terror aktı nəticəsində yaralanan 107 nəfər xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya hökuməti sədrinin müavini Tatyana Qolikova bildirib.

 

"Moskva və Moskva vilayətinin tibb müəssisələri “Crocus”da terror aktı zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərir. Hazırda tibb müəssisələrində üçü uşaq olmaqla, 107 xəstə var", - o, xəstələrə baş çəkdikdən sonra açıqlamasında deyib.

 

Tatyana Qolikova bildirib ki, bir uşağın vəziyyəti son dərəcə ağır, daha iki uşağın vəziyyəti ağırdır. Onun sözlərinə görə, ümumilikdə, 15 yaralının vəziyyəti çox ağırdır. "Yetkinlərdən 15 nəfərin vəziyyəti son dərəcə ağır, 42 nəfərin vəziyyəti ağırdır”, - deyə o bildirib.

 

Qeyd edək ki, ötən axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir