Modern.az

Terrorçular yenə hücuma keçdi

Terrorçular yenə hücuma keçdi

23 Mart 2024, 22:30

“Əş-Şəbab” silahlılarının paytaxt yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində Somali ordusunun bir neçə əsgəri həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” hərbçilərə istinadən məlumat yayıb.

 

Onlar hücumun şənbə günü səhər tezdən Somali təhlükəsizlik qüvvələrinin antiterror əməliyyatları üçün müvəqqəti baza qurduğu paytaxtdan 40 kilometr aralıda - Buslidə baş verdiyini bildiriblər.

 

Hərbi komandir Mohamed Adanın sözlərinə görə, hücumdan sonra şiddətli döyüşlər olub. Bir neçə hərbçi həlak olub, yaraqlılar tərəfindən də ölənlər var.

 

Agentliyin məlumatına görə, hökumət qüvvələri bu əraziyə nəzarəti bərpa edə bilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir