Modern.az

Rusiyada terrorların qanlı tarixi - Beslan, "Nord-Ost"...

Rusiyada terrorların qanlı tarixi - Beslan,

Dünya

23 Mart 2024, 23:58

Ötən axşam Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Artıq ölənlərin sayı 133 nəfərə çatıb.

 

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürsə də, Rusiya hələlik bu barədə məlumat yaymayıb.

 

FTX direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə konsert salonuna hücumla bağlı 11 nəfərin saxlanılması barədə məlumat verib.

 

Qeyd edək ki, son 25 ildə terror hücumları yüzlərlə rusiyalının ölümünə səbəb olub.

 

Modern.az Rusiyada baş verən terror aktlarını oxucuların diqqətinə çatdırır.

 

Son 25 ildə Rusiya bir neçə dəfə Çeçenistandan və Şimali Qafqazın digər bölgələrindən olan silahlıların hücumuna məruz qalıb. Hücumların bəziləri dini motivli, bəziləri siyasi tələblərlə həyata keçirilib.

 

1999-cu il, mənzil partlayışları 

 

1999-cu ilin sentyabrında Rusiyada dörd güclü partlayış baş verib. Moskva, Buynaksk, Dağıstan və ölkənin cənubundakı Volqodonsk bölgələrində baş verən partlayışlar 300-dən çox insanın ölümünə, 1700-dən çox insanın yaralanmasına səbəb olub.

 

Kreml hücuma görə çeçen silahlılarını ittiham edib. Bəziləri bunu konspirasiya nəzəriyyəsi kimi rədd etsələr də, bir sıra jurnalistlər və rusiyalı analitiklər partlayışların Rusiyanın kəşfiyyat xidmətlərinin özləri tərəfindən təşkil oluna biləcəyinə inanırlar. 

 

Qeyd edək ki, İkinci Çeçenistan Müharibəsi zamanı Çeçenistana qoşun göndərilməsinə haqq qazandırmaq üçün səsləndirilən səbəblərdən biri də yaşayış binalarının partladılması idi.

2002-ci il, "Nord-Ost" hadisələri 

 

2002-ci ilin oktyabrında silahlı çeçenlər məşhur "Nord-Ost" musiqili tamaşası zamanı Moskvanın mərkəzində yerləşən Dubrovka teatrını ələ keçirdilər. 900-dən çox tamaşaçı və ifaçı girov götürülmüşdü. Hücum edənlər rus qoşunlarının Çeçenistandan çıxarılmasını tələb edirdilər. Üç günlük danışıqlardan sonra Rusiya xüsusi təyinatlıları binaya basqın etdilər. Girov götürülən 40 nəfərin hamısı öldürüldü. Basqın zamanı istifadə edilən qazın təsiri nəticəsində 130-a yaxın girov həyatını itirib, bir neçə yüz nəfər yaralanıb. Qazın kimyəvi formulu gizli saxlanılıb. 

 

2004-cü il, Beslan məktəbi

 

2004-cü il sentyabrın 1-də Rusiyada yeni dərs ilinin ilk günü silahlılar Şimali Osetiyanın Beslan şəhərində yerləşən məktəbə hücum etdilər. Onlar 777-si uşaq olmaqla, 1100-dən çox insanı girov götürdülər. Hücum edən şəxslər rus qoşunlarının Çeçenistandan çıxarılmasını və regionun müstəqilliyinin tanınmasını tələb ediblər.

 

Mühasirənin üçüncü günündə xüsusi təyinatlılar məktəb binasına basqın ediblər. 183-ü uşaq olmaqla 334 girov ölüb. 

Kamikadze hücumlar

 

2010-cu illərdə Rusiyada əsasən Şimali Qafqazdan olan silahlılar bir neçə kamikadze partlayışları törədib. 2010-cu ilin martında Moskva metrosunda iki kamikadze özünü partladıb. Hadisə nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

 

2011-ci ildə Moskvanın Domodedovo hava limanında da oxşar partlayış nəticəsində 37 nəfər ölüb, 173 nəfər yaralanıb. 2013-cü ilin oktyabrında Volqoqrad şəhərində avtobusda bomba partladılıb və dekabrda qatar stansiyası və trolleybusda iki partlayış baş verib. Qurbanların ümumi sayı 40-dan çox olub. 2017-ci ilin aprelində Sankt-Peterburq metrosunda partlayıcı qurğunun işə düşməsi nəticəsində 15 nəfər ölüb, 45 nəfər yaralanıb.

 

Sankt-Peterburq metrosunda partlayış

 

2017-ci il aprelin 3-də Sankt-Peterburqda metronun iki stansiyasında törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb.

 

Rusiya rəsmiləri bu partlayışı terror aktı kimi qiymətləndirib. 

 

Modern Təhlil və Araşdırma Qrupu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir