Modern.az

ABŞ-nin maliyyə naziri Çinə GEDİR

ABŞ-nin maliyyə naziri Çinə GEDİR

Dünya

24 Mart 2024, 10:31

ABŞ-nin maliyyə naziri Canet Yellen apreldə Çinə səfər etmək və ölkə rəhbərliyinin nümayəndələri ilə görüşmək niyyətindədir.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Politico" qəzeti iki amerikalı rəsmiyə istinadən xəbər yayıb.

 

Səfər ikitərəfli münasibətlərin “məsuliyyətli idarə olunması” məqsədi daşıyacaq. Yellenin 2023-cü ilin iyulunda Çinə səfəri zamanı qaldırılan məsələlərin müzakirəsini davam etdirəcəyi gözlənilir. Bu səfərin nəticəsi olaraq “hər iki ölkəni narahat edən məsələləri” müzakirə etmək üçün iqtisadiyyat və maliyyə üzrə iki işçi qrupu yaradılıb.

 

Yanvarda Amerika və Çin hakimiyyətinin nümayəndələri Pekində keçirilən iki günlük görüşdə iqtisadi məsələlər üzrə təmasları davam etdirmək barədə razılığa gəliblər, həmçinin Yellenin Çinə səfərinin mümkünlüyünü müzakirə ediblər.

 

Nəşr qeyd edib ki, Vaşinqton administrasiyası Çindən ixracın sürətlə artmasından ehtiyat edir. Amerika tərəfinin fikrincə, bu, dünya bazarlarında sabitliyi poza bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir