Modern.az

Avropa ölkələri Ukraynaya qoşun göndərə bilərlər - XİN

Avropa ölkələri Ukraynaya qoşun göndərə bilərlər - XİN

Dünya

24 Mart 2024, 14:27

“Avropa İttifaqının və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiridir və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.

 

Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncəni itirməyə başlayır, dünyanın səsi zəifləyir, Avropanın siyasi liderlərinin əksəriyyəti müharibə psixozundan əziyyət çəkir:

 

“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, elə bil özləri müharibədədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir