Modern.az

Çadda mina 7 əsgərin həyatına son qoydu 

Çadda mina 7 əsgərin həyatına son qoydu 

Dünya

26 Mart 2024, 21:40

Çadda silahlı cihadçı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində minanın partlaması nəticəsində 7 əsgər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Çad Prezidenti Mahamat İdriss Deby Itno məlumat verib.

 

“Paytaxtdan təxminən 200 kilometr şimalda yerləşən Çad gölü əyalətinin Çuku Telia kəndində 7 Çad əsgəri öldürülüb, bir neçəsi yaralanıb”, - deyə Prezident özünün feysbuk səhifəsində qeyd edib.

 

Bildirilib ki, hərbçilər bu əraziyə baxış keçirirmişlər və yaraqlılar tərəfindən yerləşdirilmiş minanın qurbanı olublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir