Modern.az

6 milyon insan döyüşlərə görə didərgin düşüb

6 milyon insan döyüşlərə görə didərgin düşüb

Dünya

28 Mart 2024, 23:54

Konqo Demokratik Respublikasının şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb. Belə ki, son iki ildə təxminən 6 milyon insan evlərini tərk etməyə məcbur olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki missiyasının yaydığı press-relizdə deyilir.

 

“Şimali Kivu, Cənubi Kivu və İturi əyalətlərində iki ildir davam edən münaqişə 5,7 milyon insanın evlərini tərk etmək məcburiyyətində qalmasına gətirib çıxarıb. Yalnız fevralın 7-də döyüşlər başlayandan bəri Masisi bölgəsində, demək olar ki, 300 min insan Qoma şəhəri ətrafındakı ərazilərə qaçıb. Döyüşlərdə ağır artilleriyadan istifadənin artması xüsusilə narahatedicidir. Ümumilikdə, 25,4 milyon insanın köməyə ehtiyacı var”, – məlumatda qeyd edilib.

 

Ölkənin şərqində vəziyyət son vaxtlar ciddi şəkildə pisləşib. BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının sülhməramlı kontingenti üsyançıların hücumunu dəf etməkdə hökumət ordusuna kömək etmək üçün mövqelərini gücləndiriblər. Məqsəd üsyançıların Sake və Qoma mühüm strateji mərkəzlərinə irəliləyişini dayandırmaqdır. Rutşuru bölgəsində yaraqlılar bir neçə yaşayış məntəqəsini ələ keçiriblər ki, onlardan sonuncusu Edvard gölünün sahilində yerləşən Vitşumbi olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü