Modern.az

Ukraynalı qaçqınlara yardım layihəsinin həmtəsisçisi Gürcüstandan QOVULDU

Ukraynalı qaçqınlara yardım layihəsinin həmtəsisçisi Gürcüstandan QOVULDU

Dünya

29 Mart 2024, 10:32

Ukraynalı qaçqınlara yardım layihəsinin (Emigration for Action) həmtəsisçisi İqor Miqlan bu gün səhər tezdən Gürcüstandan ölkəyə buraxılmadan qovulduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə SOTA məlumat yayıb.

 

Qeyd edək ki, "Emigration for Action" ukraynalılar üçün "Frame" məkanında yardım toplayıb, onun yaradıcısı Maksim İvantsov martın 18-də yenidən Gürcüstana buraxılmayıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir