Modern.az

Erməni nazir Çin səfiri ilə nələri müzakirə edib?

Erməni nazir Çin səfiri ilə nələri müzakirə edib?

Dünya

29 Mart 2024, 14:52

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fanq Yunanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanla Pekinin ticarət dövriyyəsi 2023-cü ildə 2127,1 milyon dollar təşkil edib.

 

Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21%-dən çox artım deməkdir. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu göstəricilərin artırılması üçün ilkin şərtlərin olduğunu vurğulanıb.

 

İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

 

Gevorq Papoyan Çin şirkətlərinin Ermənistanda həyata keçirilən müxtəlif iqtisadi layihələrə cəlb edilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü