Modern.az

Putin Təhlükəsizlik Şurasında qonşularla əlaqələrdən DANIŞDI

Putin Təhlükəsizlik Şurasında qonşularla əlaqələrdən DANIŞDI

Dünya

29 Mart 2024, 15:30

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.


Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Görüşdə Rusiya Federasiyasının ən yaxın tərəfdaşları ilə əlaqələri müzakirə olunub. İclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı ilə başlayıb .

 

“Bizim üçün ən vacib olan ən yaxın tərəfdaşlarımızla, dostlarımızla, qonşularımızla münasibətdir. Bu, ənənəvi olaraq belə olub və qonşularımızla ticarət, iqtisadi və siyasi əlaqələrin səviyyəsi durmadan artır. Biz həmişə ondan çıxış edirik ki, bu əlaqələr qarşılıqlı maraqlar əsasında, bir-birinin maraqları nəzərə alınmaqla qurulmalıdır”, - deyə Putin görüşün əvvəlində bildirib.

 

O, Təhlükəsizlik Şurasının üzvlərinə yuxarıda göstərilən sahələrdən birini nəzərdən keçirməyi təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir