Modern.az

İstanbul bələdiyyəsi 4 yaşa qədər uşağı olan analara nəqliyyatı PULSUZ EDİB

İstanbul bələdiyyəsi 4 yaşa qədər uşağı olan analara nəqliyyatı PULSUZ EDİB

Dünya

29 Mart 2024, 17:50

Türkiyənin İstanbul şəhərinin meri Ekrem İmamoğlu bələdiyyənin 0-4 yaş arası uşaqları olan analar üçün pulsuz ictimai nəqliyyat xidməti - "Annekart"dan istifadə edənlərin sayının 650 mini keçdiyini açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu bu kateqoriyadan olan vətəndaşlara dəstəyin davam edəcəyini vurğulayıb.

 

"Analara daha çox dəstək üçün tam sürətlə irəli!", - İmamoğlu söyləyib.

 

Bildirilib ki, "Annekart" layihəsi İstanbul bələdiyyəsi tərəfindən anaların şəhər nəqliyyatından istifadədə maliyyə yükünü azaltmaq və həyatlarını asanlaşdırmaq üçün hazırlanıb. Bu kart sayəsində 0-4 yaş uşağı olan analar İstanbulun hər yerində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər.

 

"Layihədən yararlanan analar həm vaxtlarına qənaət edir, həm də ailə büdcələrinə töhfə verirlər. Bu xidmət xüsusilə uşaqlarını bağçaya və ya digər mərkəzlərə aparıb-gətirməli olan analar üçün böyük rahatlıq təmin edir", - deyə qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü