Modern.az

Berdiməhəmmədov Qədr gecəsində 356 nəfəri əfv etdi

Berdiməhəmmədov Qədr gecəsində 356 nəfəri əfv etdi

Dünya

30 Mart 2024, 11:55

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 356 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, əfv fərmanı Qədr gecəsi münasibətilə imzalanıb.

 

Sənədə əsasən, əfv olunan məhbuslar cəzanın əsas hissəsini çəkməkdən azad edilirlər. Eyni zamanda, onların işlə təmin olunması üçün yerli hakimiyyəti orqanlarına müvafiq tədbirlər görmək tapşırılıb.

 

Qeyd edək ki, Türkmənistanda 1999-cu ildən başlayaraq ildə 3-4 dəfə keçirilən əfv kampaniyaları əsas dövlət bayramlarına təsadüf edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir