Modern.az

Paşinyan Tokayevə sülh prinsiplərindən DANIŞDI

Paşinyan Tokayevə sülh prinsiplərindən DANIŞDI

15 Aprel 2024, 12:26

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşdə Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı vəziyyəti də müzakirə etdik".

Modern.az xəbər verir ki, bunu aprelin 15-də İrəvanda Tokayevlə birgə keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən həmkarıma danışıqlarla bağlı son vəziyyəti təqdim edərək, rəsmi İrəvanın Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il dekabrın 21-də qəbul edilmiş Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin həyata keçirilməsi və dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional infrastrukturların blokunun açılmasıdır.

Sonuncu kontekstdə biz Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinə toxunduq, onun həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər”, - Paşinyan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…