Modern.az

Polşa fermerləri Ukrayna sərhədini yenə BAĞLADILAR

Polşa fermerləri Ukrayna sərhədini yenə BAĞLADILAR

Dünya

18 Aprel 2024, 12:26

Polşa fermerləri Ukrayna ilə sərhəddəki “Korçeva-Krakovets” və “Medica-Şegini” keçid məntəqələrinə gedən yolu yenidən bağlamağa başlayıblar.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, fermerlərin etiraz aksiyası bu gün saat 9:00-dan başlayıb.

 

Krakovets keçid məntəqəsi istiqamətində yük maşınlarının Ukrayna istiqamətində, Şeqini istiqamətində isə həm Polşadan çıxan, həm də daxil olan avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 

Mövcud məlumata görə, etirazçılar Krakovetsdə aprelin 20-si saat 9:00-a qədər, Şeqinidə isə aprelin 19-u saat 9:00-a qədər nəqliyyatın hərəkətini dayandırmağı planlaşdırırlar.

 

Bu marşrutlarda 1500-ə yaxın yük maşını növbədə durub. Minik avtomobilləri üçün hərəkət məhdudiyyəti yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü