Modern.az

İsrail İrana zərbə endirdi, partlayışlar baş verdi - VİDEO

İsrail İrana zərbə endirdi, partlayışlar baş verdi - VİDEO

Dünya

19 Aprel 2024, 08:29

İranın İsfahan əyalətində baş verən partlayışlar hava hücumundan müdafiə sistemlərinin nəticəsidir.

 

Modern.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən İran rəsmisi "Reuters" agentliyinə bildirib. 

 

O, İrana qarşı heç bir raket hücumunun həyata keçirilmədiyini iddia edir. Digər İran hökumət rəsmisi AFP-yə bildirib ki, ölkə daxilindəki hədəflər pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

 

“Bu vaxta qədər İsfahana və ya ölkənin digər bölgələrinə heç bir hava hücumu olmayıb, ancaq uğursuz və alçaldıcı kvadrokopterləri işə salmaq cəhdi olub, onlar isə vurulub” - İran Kiberməkanın Ali Şurasının sözçüsü Dalirian öz “Twitter” hesabında yazıb.

 

"New York Times" qəzeti üç İran rəsmisinə istinadən xəbər verir ki, İranın İsfahandakı yaxınlığındakı hərbi hava bazasına zərbə endirilib.

 

İrana yaxın teleqram kanallarında bir neçə pilotsuz uçuş aparatları vurulması barədə xəbərlər yayılıb. Məlumata görə, İran ordusunun İsfahandakı bazası yaxınlığında üç partlayış səsi eşidilib. Mümkün hədəfin ordunun radar stansiyası olduğu qeyd edilir.

 

Amerika mətbuatı yazır ki, İsrail İrana hücumdan əvvəl ABŞ-a məlumat verib, lakin ABŞ hücumda iştirak etməyib. "Bloomberg"in məlumatına görə, İsrail hakimiyyəti dünən, aprelin 18-də Vaşinqtona yaxın 24-48 saat ərzində hücum planlaşdırdıqları barədə xəbərdarlıq edib. Məlumata görə, ABŞ bu hərəkətləri dəstəkləməyib.

 

***

07:11

İranın İsfahan vilayətinin Kaxcavaristan şəhərində partlayış baş verib. 

 

Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

 

Amerikanın "ABC News" telekanalının məlumatına görə , İsrail İrana raket zərbəsi endirib.

 

Hücumun hədəfinin hara olduğu hələlik məlum deyil, itkilər barədə də məlumat yoxdur. "Reuters" agentliyi hava hücumundan müdafiə sisteminin İsfahan vilayətində işə düşdüyünü təsdiqləyib. Məlumata görə, İran bir neçə şəhər üzərində hava hücumundan müdafiə sistemini işə salıb.

 

Məlumata görə, Kaxcavaristandan bir qədər aralıda hava limanı və İran Hərbi Hava Qüvvələrinin 8-ci Şəkəri bazası yerləşir.

 

Agentliyin məlumatına görə, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb.

 

"Tasnim" agentliyi bildirib ki, İranın İsfahandakı nüvə obyektləri tam təhlükəsizlikdədir.  CNN kanalı da bildirib ki, İrandakı nüvə obyektləri İsrailin zərbələrinin hədəfi olmayıb.

 

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İrandan İsrail ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və raket buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…