Modern.az

Rusiya Ukraynada 9 tank, 17 döyüş maşını, 21 artilleriya İTİRİB

Rusiya Ukraynada 9 tank, 17 döyüş maşını, 21 artilleriya İTİRİB

Dünya

19 Aprel 2024, 10:40

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 457 830 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 17 zirehli döyüş maşını, 21 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…