Modern.az

Gürcüstanda ilin ilk 3 ayında 15 min yeni şirkət qeydə alınıb

Gürcüstanda ilin ilk 3 ayında 15 min yeni şirkət qeydə alınıb

Dünya

23 Aprel 2024, 10:13

Cari ilin birinci rübdə Gürcüstanda 15 minə yaxın yeni şirkət qeydiyyatdan keçib.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın statistika qurumu (Sakstat) açıqlayıb.

 

Ümumilikdə ölkədə 995,7 min müəssisə olsa da, onların cəmi 27 faizi, yəni 273,7 mini fəaliyyət göstərir, eyni zamanda, 533 mindən çox şirkətin fəaliyyət dairəsi məlum deyil.

 

Ən çox müəssisə topdan və pərakəndə ticarət və avtomobillərin və motosikletlərin təmiri sahəsində qeydə alınıb - bunlardan yalnız 43 faizi fəaliyyət göstərir.

 

İkinci yerdə emal sənayesi qərarlaşıb - 44,6 min (41% aktiv). Üçüncü yerdə 33,8 min şirkətin qeydiyyatdan keçdiyi nəqliyyat və anbar təsərrüfatıdır (57% aktivdir).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok