Modern.az

Müxalif erməni mediası Tokayevdən narazıdır: "soyqırımı" abidəsinə getməyib

Müxalif erməni mediası Tokayevdən narazıdır:

Dünya

23 Aprel 2024, 10:54

Ermənistanın rusiyapərəst müxalifətinə yaxın olan mətbuat orqanlarından biri - "Joğovurd" qəzeti Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən narazı qalıb.

 

Modern.az xəbər verir ki, buna səbəb Tokayevin İrəvana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinə (ermənilər abidəni "Tsitsernakaberd memorialı" adlandırır - red.) baş çəkməməsi olub.

 

Qəzet Ermənistan Xarici İşlər Nazirliyinə bununla bağlı sorğu da göndərib. Nazirlik Tokayevin Ermənistana rəsmi səfəri zamanı abidəni niyə ziyarət etməməsi ilə bağlı sualı belə şərh edib: “Bu, protokolun istəyə bağlı hissəsidir”.

 

Nazirlikdən bildiriblər ki, rəsmi səfərlər proqramı ümumi gündəliyi nəzərə almaqla qarşılıqlı razılaşma əsasında hazırlanır.

 

"Joğovurd" Ermənistan XİN-in şərhini yenidən şərh edərək yazıb ki, əvvəllər memorialı ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi: "Bu, erməni tərəfinin tələbi idi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok