Ermənistanın rusiyapərəst müxalifətinə yaxın olan mətbuat orqanlarından biri - "Joğovurd" qəzeti Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən narazı qalıb.
Modern.az xəbər verir ki, buna səbəb Tokayevin İrəvana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinə (ermənilər abidəni "Tsitsernakaberd memorialı" adlandırır - red.) baş çəkməməsi olub.
Qəzet Ermənistan Xarici İşlər Nazirliyinə bununla bağlı sorğu da göndərib. Nazirlik Tokayevin Ermənistana rəsmi səfəri zamanı abidəni niyə ziyarət etməməsi ilə bağlı sualı belə şərh edib: “Bu, protokolun istəyə bağlı hissəsidir”.
Nazirlikdən bildiriblər ki, rəsmi səfərlər proqramı ümumi gündəliyi nəzərə almaqla qarşılıqlı razılaşma əsasında hazırlanır.
"Joğovurd" Ermənistan XİN-in şərhini yenidən şərh edərək yazıb ki, əvvəllər memorialı ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi: "Bu, erməni tərəfinin tələbi idi".