Modern.az

Türkiyə İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirdi

Türkiyə İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirdi

Dünya

23 Aprel 2024, 12:32

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 19 terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin (X) hesabında yerləşdirilib.

 

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında PKK-ya mənsub 15 terrorçu, Suriyanın şimalında isə PKK/YPG-yə bağlı 4 terrorçu zərərsizləşdirilib.

 

Nazirlik bəyan edib ki, terrorçular onlar üçün qaçılmaz olan bu aqibətdən qurtula bilməyəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok