Modern.az

Simonyan etirazçılara səsələndi: Hakimiyyət dəyişikliyi olmayacaq!

Simonyan etirazçılara səsələndi: Hakimiyyət dəyişikliyi olmayacaq!

Dünya

6 May 2024, 12:28

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, “Vətən adına Tavuş” hərəkatının iştirakçılarının nə tələb etdiyini bilmir.


Modern.az-ın məlumatına görə, Simonyan jurnalistlərə müsahibəsində deyib ki, o, etirazçılardan siyasi tələblər eşitməyib.

Spiker qeyd edib ki, Ermənistan delimitasiya prosesində Azərbaycana birtərəfli güzəştə getmir.


“Ermənistan öz sərhədini müəyyənləşdirir, bu proses davam edəcək”, - Simonyan bildirib.


Parlament sədri əminliklə deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmayacaq.


"Ermənistanda hakimiyyət dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək parlamentə seçkilərlə mümkündür", - Simonyan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi