Modern.az

Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?

Putinin sabahkı andiçməsinə kimlər dəvət olunub?

6 May 2024, 13:56

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin andiçmə mərasimində iştirak edəcək xarici qonaqlar barədə məlumatı açıqlamaqdan imtina edib.

Modern.az-ın məlumatına görə, Peskov jurnalistlərə deyib ki, təfərrüatları Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakova açıqlanacaq və o, brifinq keçirəcək.

"Bilirsiniz, mən hadisələri qabaqlamayacağam, biz razılaşdıq ki, həmkarım Uşakov jurnalistlərə brifinqdə  bu barədə danışacaq", - Peskov deyib.

Prezident V.Putinin andiçmə mərasimi mayın 7-də keçiriləck.

Mart ayında Rusiyada prezident seçkiləri keçirilib və bu seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putin qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi