Modern.az

Ermənistan və İspaniya arasında imzalanan MEMORANDUM

Ermənistan və İspaniya arasında imzalanan MEMORANDUM

10 May 2024, 14:50

İspaniya Krallığına işgüzar səfəri çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bu ölkənin təhsil, peşə hazırlığı və idman naziri Pilar Aleqria ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

 

"Görüş zamanı Ermənistan və İspaniya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Andreasyan bildirib ki, Ermənistanda xarici dillərdə tədrisə böyük yer verilir. Təhsil müəssisələrinin idarə edilməsi məsələləri, tələbələrin təlim keyfiyyətinin yüksəldilməsinə və tələbələrin təhsilə həvəsinin artırılmasına təsir edən amillər müzakirə edilib. Peşə təhsili və ispan dilinin öyrənilməsi ilə bağlı məsələlər də müzakirə olunub", - məlumatda deyilir.

 

Janna Andreasyan və Pilar Aleqria idman sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ