Modern.az

G7 ölkələrindən Rusiyaya sərt MESAJ

G7 ölkələrindən Rusiyaya sərt MESAJ

Dünya

25 May 2024, 18:13

“Böyük Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulacağını açıqlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin yaydığı bəyanatda deyilir. Həmçinin iyunda keçiriləcək sammitdə G7 ölkələrinin liderlərinin nəzərdən keçirməsi üçün Ukraynaya kreditlərin ayrılması ilə bağlı variantların təqdim ediləcəyi bildirilib.

 

Bundan başqa, nazirlər Çinlə bağlı narahatlıqlarını da ifadə ediblər. “Biz Çinin işçilərimizi, sənayelərimizi və iqtisadi dayanıqlığımızı sarsıdan qeyri-bazar siyasəti və təcrübələrindən geniş şəkildə istifadə etməsindən narahatıq”, - deyə bəyanatda qeyd olunub. O cümlədən Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun olaraq Çinlə bağlı bərabər şəraitin təmin edilməsi üçün birgə addımların atılması nəzərdən keçiriləcək.

 

G7-nin maliyyə nazirləri qlobal minimum vergi sazişinin ilk mərhələsini bu ilin iyun ayının sonuna qədər imzalamağı hədəfləyirlər. Nazirlər İsraili təcili maliyyə ehtiyaclarını nəzərə alaraq saxlanılan gömrük gəlirlərini Fələstin hakimiyyətinə verməyə çağırıblar. Həmçinin İsraili İsrail və Fələstin bankları arasında müxbir bank xidmətlərinin davam etdirilməsini təmin etməyə səsləyiblər.

 

Qeyd edək ki, İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?