“Əl-Qaida”nın döyüşçüsü və Üsəma bin Ladenin şəxsi mühafizəçisi hesab olunan Yəmən vətəndaşı Mahmud Mudjahid Amerikadakı Quantanamo həbsxanasından azadlığa buraxılacaq. Modern.az saytı xarici KİVC-ə istinadən bildirir ki, 2002-ci ildə saxlanılan 33 yaşlı Mudjahid 10 ildən çox həbsdə yatıb. Amma ona indiyə qədər ittiham irəli sürülməyib. Vəkilinin sözlərinə görə, Mudjahidi həbsxanadfa saxlamaq üçün heç bir formal əsas yoxdur. Bununla belə, onun nə vaxt azadlığa çıxacağı məlum deyil.
Modern.az