Modern.az

Misirin yeni prezidenti and içdi

Misirin yeni prezidenti and içdi

Dünya

8 İyun 2014, 16:55



İyunun 8-də payataxt Qahirədə Misirin yeni seçilmiş prezidenti, general Əbdül Fəttah Sisinin andiçmə mərasimi keçirirlib.

Yeni prezident Qahirənin Ali Konstitusiya məhkəməsi binasında and içib.

Ötən ay keçirilmiş prezident seçkilərində 59-yaşlı general 79% səs toplayaraq qələbə çalıb.

General Sisi islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasında əsas rol oynayıb.

Mursinin devrilməsindən sonra "Müsəlman qardaşlığı" partiyası Misirdə terrorçu təşkilat elan olunaraq qadağan edilib.

Əbdul Fəttah Sisi bundan əvvəl ölkənin müdafiə naziri olub.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir