Modern.az

Qərblə Rusiya Suriya ilə bağlı razılıq əldə etdi – RƏSMİ

Qərblə Rusiya Suriya ilə bağlı razılıq əldə etdi – RƏSMİ

16 Noyabr 2015, 12:50


Fransanın xarici işlər naziri Lorian Fabius sensasiyalı açıqlama ilə çıxış edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Avropa Birliyi, Rusiya, ABŞ, ərəb dövlətləri və İranın Suriya böhranı ilə bağlı razılıq əldə etdyini bildirib.

Fabius tərəflərin Suriyada atəşkəsin elan olunması, keçid hökumətinin formalaşması və seçkilərin keçirilməsi ilə bağlı vahid mövqe sərgilədiyini deyib. Bununla belə Fabius Bəşər Əsədin gələcək taleyi ilə bağlı fikir ayrılıqlarının qaldığını və 3 variant üzərində işlədiklərini bildirib.  

Razılaşmalar noyabrın 14-də Avstriyanın paytaxtı Vyanada 2-ci dəfə keçirilən çoxtərəfli Suriya konfrasnında əldə olunub.    

Vüqar İsmnayılov        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok