ABŞ Ədliyyə Nazirliyi “WikiLeaks” saytında yeni məxfi sənədlərin dərc edilməsini dayandırmaq üçün cəhdlər edir. Bu barədə NBS telekanalına müsahibəsində vitse-prezident Co Bayden məlumat verib. Bayden bu işin necə aparılması barədə detalları açıqlamayıb.
Vitse-prezident bildirib ki, “WikiLeaks”in dərc etdiyi sənədlər ciddi ziyan vurub və dünyada bir sıra şəxslərin karyerasına ciddi təhlükələr yaradıb. Bayden Culian Assanjın informasiya texnologiyaları sahəsində terrorla məşğul olduğunu deyib.