Modern.az

14 yaşlı yazıçının kitabı işıq üzü görüb - FOTO

14 yaşlı yazıçının kitabı işıq üzü görüb - FOTO

Ədəbi̇yyat

30 Dekabr 2022, 14:04

“Gənc İstedadlar” Liseyinin 9-cu sinif şagirdi Selcan Kərimlinin “Arzu” adlı hekayələr kitabı nəşr edilib.


Modern.az-ın məlumatına görə, bu, gənc yazıçının ilk kitabıdır. Kitaba Selcanın 10 hekayəsi, 1 essesi və hələ üç yaşında yazdığı 1 şeiri daxil edilib. İndiyədək onun hekayə və esseləri “Azad Şuşa”, Kulis.az, Versiya.az, “525-ci qəzet”, “Ədalət”, “Ulduz” kimi saytlarda, qəzet və jurnallarda dərc edilib, oxucuların marağına səbəb olub.


Onu da qeyd edək ki, bu kitaba Selcanın yalnız 12 yaşa qədər yazdığı hekayələr daxil edilib.


Selcan Kərimli 12 fevral 2008-ci ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından incəsənətə, ədəbiyyata maraq göstərməyə başlayıb. Azərbaycan Dövlət Televiziyasının uşaq verilişlərində şeir söyləyib, rəqs edib və mahnı oxuyub. Gimnastika üzrə müxtəlif respublika və beynəlxalq yarışlarda iştirak edib və dəfələrlə qələbə qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü