O, həyatında həmişə yeni mərhələlərə can atdı… Ram etdiyi hər yeni mərhələ Nəcib Fazilin zirvələrə səyahətini təmin etdi. 1904-cü ildə İstanbulda anadan olmuş gənclik illərini romantik bir şair kimi həyatın axarına buraxmışdı. İstanbulda ədəbiyyat fakültəsində fəlsəfə təhsili alandan sonra Fransanın Sorbon Universitetində öz fəlsəfi biliklırini genişləndirib. Dərc olunduğu “yeni həyat “ və “Yeni məcmuə” jurnallarındakı şeirləri fəlsəfi qatlarına və yüksək duyğusallığına görə onu az bir müddətdə tanıda bildi. Parisdən qayıtdıqdan sonra “Kaldırımlar”(səkilər), “Hörümçək toru” şeirlər kitabı gənc şairi gənc dövlətin ( Türkiyə yeni qurulmuşdu ) sevimlisinə çevirir. Hətta bu şeir kitabından sonra onu “Kaldırımlar şairi” kimi də tanıyırlar… Amma…
…Sonradan başa düşəcək ki, bunların hamısı ötəri olan yaşantılardır. 1934-cü ildə Ankarada dövrünün mənəvi fikir ustadı olan Əbdülkırin Əfəndi ilə rastlaşacaq və bir daha ondan qopmayacaq… Əbdülkərim Əfəndi onun üçün yeni bir mərhələ olur. Onu özünüdərkin pik nöqtəsinə ucaldan bir mərhələ… sizlərə təqdim edəcəyimiz vəsiyyətində də bu barədə danışılır, həyatın əslində ali hissəsini diqqətə çatdırmağa səy göstərir. O, sanki narahatdır. Gələcək nəsillər tərəfindən düzgün anlaşıla bilməmək təhlükəsindən qorxur. İstəyir ki, onu fikir dərinliyi ilə mənəvi məqamları əlaqələndirən və bu sintezdə insanlara ali yaşantılar bəxş edən şair kimi tanısınlar.. Odur ki, vəsiyyətini bu cümlə ilə bitirir: “Məni də Allah və Rəsul eşqinin divanəsi kimi arxasında yazdıqlarıyla bu eşqin izlərini buraxmış bir şəxs bilin”. Beləliklə, Modern.az saytı sizlərə “Məşhurların vəsiyyəti “ rubrikasındab böyük türk şairi, İslam mənəviyyatının aşiqi Nəcin Fazil Kısakürəyin bütün nəsillərə görk ola biləcək vəsiyyətini təqdim edir…Düşünüyorum: O'ndan evvel zaman var mıydı?
Hakikatler, boşluğa bakan aynalar mıydı?
1. Bu vəsiyyət mənim uşaqlarımın və yaxınlarımdan ibarət dar çevrə üçün deyil, onların da aid olduğu geniş kəsim, cəmiyyət və vahid zümrə üçün nəzərdə tutulub. Başlıcası isə gerçək türkün ruhuna, kökünə bağlı olan, mücadilə etdiyim bu qədər illər ərzində şeirlərimi oxuyan və dinləyən, Allaha və onun Rəsuluna bağlı olan hər kəsə aiddir. Onlara xitab edirəm və diləklərimin yerinə yetməsi üçün lazımı çalışmalarını yeni gəncliyə ismarlayıram. Əgər üzərlərində bir haqqım varsa, hesab gününə qədər ayrı-ayrılıqda bunun üçün məsuliyyət daşımalıdırlar. Əmanətim, məni sevən və İslam iddiasında bir haqq sahibi olduğumu qəbul edən hər kəsədir ...
2. Fikir və duyğu ilə dolu vəsiyyətə ehtiyac görmürəm. Çünki bütün əsərlərim, sözlərim, misralarım, hətta ifadə tərzim belə fikir və duyğulara bükülmüş vəsiyyətimdir. Bunların hamısını kiçikcik bir dairəyə yığsaq bərabər ifadə edəcəkləri məna – Allah və Rəsulu.. Yerdə qalan “boş və batil” cümləsi olacaqdır.
3. “Böyük Şərq yayınları” kitab evi fəaliyyətə başlamazdan əvvəl orda –burda nəşr olunmuş, müqəddəs məqamlara aid qeydlərin ixtisar edildiyi, hörmətsizlik və diqqətsizlik üzündən əsas mətləblərdən kənarda qalan əsərlərimdən imtina edirəm. İnşallah Allah onlara (naşirlərə ) haqqın nə olduğunu göstərər (onsuz arxamca onlar gələcək ) və nöqtə -vergülün belə toxunulmaz olduğunu anlayarlar və bundan çəkinərlər. İslam dininə sidq ürəkdən və heç nəyin qarşılığında bağlanmazdan əvvəlki şeirlərim və yazılarım arasında hətta küfrə qədər gedənlərin isə çoxdan zibil qutusuna atıldığını qəbul edin. Buna görə də haradan hara gəldiyimi göstərmək üçün belə, o şeirlərdən istifadə olunmamasını arzu edərdim. Bu şeirlər üzündən məni dinsizlikdə günahlandıracaq mömin insanlara isə bu nümunəni örnək gətirərdim: "Bir vaxtlar Hz.Ömər Allahın Rəsulunu öldürməyə qalxmışdı, lakin sonra o bütün səhabələri qabaqlayaraq dərəcədə ikincisi olmaq kimi şərəfə yüksəlmişdir. Heç ona bu ilk davranışından ötəri sonradan dil uzadan oldumu? Bəlkə o nöqtədən bu nöqtəyə gəlməkdə böyük bir fəzilət vardır?! " Əsərlərinin barədə vəsiyyətim bu: İlk yazılarımdan bir neçəsi əsla mənim deyil, sonrakılar da ən dəqiq şəriət süzgəcindən keçdikdən sonra tamamlanmış hesab oluna bilər. Bir qismini özüm tamamladım. Qismət olarsa bundan sonra da bu işi davam etdirəcəm. Amma mirasçılarımdan, xüsusən də mənəvi mirasçılarım olan gənclikdən yazılarıma başqa nəzərlərlə baxmamağı və onların üzərində təhriflər aparmamağı rica edirəm. Kimlərsə bu işi görərsə həmən qarşısını alın! Ən böyük qorxularımdan biri, çox müəllifin başına gəldiyi kimi, mənim də ölümümdən sonra yazdıqlarımın təhrif olunmasıdır.
Seni aramam için beni uzağa attın!
Alemi benim, beni kendin için yarattın!
4. Məni İslam qaydalarının və şəriət üsullarının ən incə məqamlarına riayət etməklə dəfn edin. Burada bir məqama xüsusi olaraq toxunmalıyam: 1935-ci ildə mürşidim (din və təsəvvüfdə ustad) və mənəvi xilaskarım Seyid Əbdülkərim Əfəndi həzrətlərinə bir yazımı oxudum. Bu yazı özümü dərk etdikdən sonrakı dünyagörüşümə həsr olunmuşdu və dövrünün ən müxalif qəzetlərinin birində işıqlandı. Türk tarixinin bəzi səhnələrini islami məqamlarla əlaqələndirmişdim. Əfəndi yazını əlinə aldı, məndən qələm istədi və onun üzərinə “qızıl ilə yazılmış bir yazı” cümləsni qeyd etdi. Vəsiyyət edirəm ki, mənim bütün yaradıcılığımın təsdiqi kimi o yazını kəfənimə tikəsiz.
5. Necə, nə zaman və harada öləcəyimi Allah bilir. Lakin imkan olan təqdirdə istəyim Ankarada Bağlum bölgəsində yalçın qəbiristanlıqda Şeyximin yanında dəfn olunmaqdır. Bundan ötəri əlinizdən gələni əsirgəməyin.
6. Cənazəmə çiçək qoyacaq və onu hüzün musiqiləri ilə müşahidə edəcək şəxsləri işlərindən uzaq etməniz hamınıza məlum olsun. Özlərinə əlavə zəhmət verməsinlər. Əgər belə məqamda qəflətən çiçəklər və musiqi zühür edərsə məni sevənlərin nə edəcəkləri məlum: çiçəkləri və musiqi alətlərini palçığa atacaqlar…
7. Cənazə namazımı qılmayan insanları dəfnimdə iştirak etməsini istəmirəm. Qadın və ölü simalı imamları da həmçinin… Heç bir bidət və təlimin keçirilməsini istmirəm. Baş daşım önündə nə nitq söylənsin, nə mədhlər deyilsin, nə də.. heç bir şey… Sadəcə! Quran və “Fatihə yetərlidir.
8. Məzarım üzərində şənimə yazılacaq tərif -zad heç nə istəməm. Sadəcə Quran oxuyun yetərlidir.
9. Sıra ən əsas istəklərimdən birinə gəldi. Əgər mənəvi mücadilədə xidmətin olduğunu qəbul edirsinizsə, onda “Nəcib Fazilin qəza borcuna qarşılıq” adıyla bircə gün beş dəfə namaz qılın. Bir gün oruc tutmanız da kafidir. İstər Şafilik, istərsə də Hənəfi cərəyanlarında bu ənənə çox yaxşı qəbul olunur.
10. Allahı, Allah dostlarını və düşmənlərini unutmayın! Düşmənlərini xüsusilə unutmayın. Nifrət və sevgilərinizi bu iki qütb üzərində toplayın. 11. Məni də Allah və Rəsul eşqinin divanəsi kimi arxasında yazdıqlarıyla bu eşqin izlərini buraxmış bir şəxs kimi bilin.
Hazırladı Elmin NURİ