Modern.az

Qabriel Qarsia Markesin oğullarına "məhv edin" dediyi romanı nəşr olunub

Qabriel Qarsia Markesin oğullarına

Ədəbi̇yyat

7 Mart 2024, 17:46

Nobel Mükafatlı yazıçı Qabrial Qarsia Markes 10 il əvvəl vəfat edəndə geridə demensiya ilə mübarizə apararkən yazdığı bir roman qoyub.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Qarsia Markes ömrünün son günlərində oğullarına romanın məhv edilməli olduğunu söyləyib.

 

Lakin onun oğulları atalarına “xəyanət edib” kitabı çap etdirmək qərarına gəliblər. “Avqustda görüşərik” adlanan əsər bu həftə ispan dilində nəşr olunub. Martın 12-də bütün dünyada əlçatan olacaq.

 

Nəşr olunduğu dildən asılı olaraq təxminən 100-120 səhifəlik qısa bir roman olan "Avqustda görüşərik" hər il avqust ayında anasının məzarını ziyarət etmək üçün bir adaya gedən bir qadının hekayəsindən bəhs edir.

 

Qarsia Markesin əsərində ilk dəfə olaraq hekayənin mərkəzində qadın qəhrəman yer alır. 2014-cü ildə vəfat edən kolumbiyalı Qarsia Markes "sehrli realizm" janrının öncülü kimi tanınır.

 

Markesin kitabları, o cümlədən “Vəba dövründə məhəbbət” və “Yüz ilin tənhalığı” bütün dünyada 50 milyon nüsxədən çox satılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü