Rusiya ABŞ-la plutoniy maddəsinin qarşılıqlı məhv edilməsi barədə razılaşmadan çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncamın mətni prezidentin rəsmi saytında yerləşdirilib. Mətndə ABŞ-ın müqavilənin şərtlərini pozduğu və Rusiyaya qarşı dostluqdan kənar addımların atıldığı vurğulanır.
Vüqar İSMAYILOV