Modern.az

Spiker QƏZƏBLƏNDİ: “Hansı restoranda nahar etdiyimi deyim?”

Spiker QƏZƏBLƏNDİ: “Hansı restoranda nahar etdiyimi deyim?”

Aktual

16 Dekabr 2016, 12:31

Ermənistan parlamentinin dekabrın 16-da  keçirilən iclasında “Dövlət satınalmaları haqqında” qanun layihəsi yeni redaksiyada ikinci oxunuşda qəbul olunub.

 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 77 deputat lehinə, 2 nəfər əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

 

Bundan əvvəl maliyyə naziri Vardan Aramyan dövlət sirri altına alınması nəzərdə tutulan mərasim xərclərinin siyahısına düşəcək birinci şəxsləri açıqlayıb. Bunlar prezident, parlamentin sədri və baş nazirdir. 

O, bunun dövlət təhlükəsizliyi məqsədilə edildiyini vurğulayıb.

Səsvermədən əvvəl Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan bunun yeni xərclərə səbəb olub-olmayacağını soruşub.

 

Hakim Respublikaçılar Partiyasından olan deputat Vardan Ayvazyan qeyd edib ki, ümumi xərclər əvvəlki kimi açıq olacaq.

“Sadəcə, bizim rəhbərlərdən hansının hansı restoranda nahar etdiyi açıqlanmayacaq”, - o, vurğulayıb.

Parlamentin spikeri Qalust Saakyan isə deputata cavabında deyib: “Əgər lazımdırsa, mən bu haqda məlumat verim, problem yoxdur”.

                         

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı