28 avqust 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, görüş zamanı Abşeron yarımadasının çirklənmiş sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi layihəsinin texniki tapşırığının hazırlanması barədə müzakirələr aparılıb.