Modern.az

Yol polisi sürücüləri saxladı, amma cərimə yazmadı - FOTOLAR

Yol polisi sürücüləri saxladı, amma cərimə yazmadı - FOTOLAR

Aktual

10 May 2019, 09:35

Yol Polisi növbəti maarifləndirici tədbir keçirib.

 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış rəsm bukletləri növbəti dəfə sürücülərə və piyadalara təqdim olunur.

 

Modern.az xəbər verir ki, həmin bukletlərdəki rəsm işlərinin əsas mahiyyəti hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı yol hərəkəti qaydalarına riayət olunması,  piyadaların təhlükəsiz hərəkətini təşkil olunması üçün müxtəlif tövsiyyələr, sürücülərin avtomobili idarə etməsi zamanı sürət rejiminə nəzarət edilməsi, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər tövsiyyələrdən ibarətdi.

 

Bu cür maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir.  

 

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi xahiş edir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı