Modern.az

Komitə sədrindən jurnalistlərə İRAD: “Şou formasında çatdırılır”

Komitə sədrindən jurnalistlərə İRAD: “Şou formasında çatdırılır”

Aktual

13 May 2019, 10:59

"Azərbaycanda güclü, düzgün, balanslaşdırılmış gender siyasəti təşkil olunub".

Modern.az  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda deyib.

 

H.Hüseynova qeyd edib ki, Azərbaycanda gender siyasəti baxımından qanunvericilik qəbul olunub:

 

“Amma buna yenidən baxılmalıdır. Çalışmalıyıq ki, qadınlar ilk növbədə öz hüquqlarını bilsinlər. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın iştirak edirdi, bu gün isə bələdiyyə sistemində olan qadınların sayı 35 faizə çatıb". 

H.Hüseynova qeyd edib ki, qadınların iqtisadi baxımdan güclənməsi üçün qadın sahibkarlığın inkişafına kömək edilir. 

"Azərbaycanda əvvəllər 4 faiz qadın təşkilatı var idi, bu gün 200-dən çox qadınların hüquqları, problemləri ilə məşğul olan təşkilat var. Bu gün ölkədə qadın sahibkarların sayı 35 faizə çatıb”.

 

O bildirib ki, hazırda ən önəmli məsələ KİV vasitəsilə əhaliyə düzgün məlumatın çatdırılmasıdır:

 

“Hansısa problemlə məşğul olan jurnalist məsuliyyəti bir qədər dərk etməli və daha ciddi yanaşmalıdır. Mütləq ayrı-ayrı istiqamətlərdə məşğul olan professional jurnalistlərin formalaşmasına ehtiyac var. Hər hansı qadın və uşaq haqqında informasiya veriləndə onların hüquqları qorunmur və məlumat şou formasında çatdırılır. Bundan sonra onlar cəmiyyətdə yaşamasın? Ona görə bu məsələlərdə diqqətli olmalıyıq". 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı