Modern.az

YAP-ın internet saytının dağıdılmasına rəsmi münasibət bildirilidi

YAP-ın internet saytının dağıdılmasına rəsmi münasibət bildirilidi

Aktual

16 Yanvar 2012, 15:24

“Yeni Azərbaycan Partiyasının internet saytının kim tərəfindən dağıdılması barədə araşdırmalar aparılır”. Bu sözləri Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O, YAP-ın internet saytına bu gün günorta radələrində haker hücumu edildiyini qeyd edib.

“Hazırda haker hücumunun haradan edilməsi ilə bağlı mütəxəssislərimiz araşdırmalar aparır. Buna görə saytımız müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Təxminən bir-iki saata bütün məlumatlar dəqiqləşəcək”.

Mütəxəssislərin rəyini gözlədiyini deyən M.Qurbanlı bildirib ki, hər halda kimlərisə möhkəm qıcıqlandırıblar və onlar da bu vasitəyə əl atıblar. Lakin o, bunu məqbul yol saymadığını deyib.

Qeyd edək ki, hakkerlər Yeni Azərbaycan Partiyasının rəsmi internet saytını (yap.org.az) dağıdıblar. Saytın ana səhifəsindəki bəzi yazıları silən hakerlər orada hakimiyyət əleyhinə şüarlar yerləşdiriblər.

Modern.az.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı