Modern.az

AFFA "Qarabağ"ı CƏRİMƏLƏDİ

AFFA

Aktual

26 Noyabr 2019, 13:50

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

 

Modern.az-ın məlumatına görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib. Buna səbəb oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb. 

 

Həmin görüşdə “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı