Modern.az

Bakıda Qətərin milli bayramı qeyd edildi - FOTOLAR

Bakıda Qətərin milli bayramı qeyd edildi - FOTOLAR

Aktual

16 Dekabr 2019, 20:58

Bu gün Qətər Dövlətinin Milli Müstəqillik Günü münasibəti ilə Qətər Dövlətinin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçirilib.

 

Modern.az  xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Qətər Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Feysal Bin Abdullah əl-Hinzab, Azərbaycan Respublikasının Fövqaladə hallar naziri Kəmaləddin Heydərov, dövlət və hökümət nümayəndələri iştirak ediblər.


Qətərin bugünkü inkişafına toxunan səfir bildirib ki, dövlətinin qazandığı uğurların təməlində daxili işlərə qarışmamaq, münaqişələrin və ixtilafların həllində dialoqa əsaslanma, insan hüquqlarının qorunması kimi məsələlərin təşkil etdiyi uğurlu xarici siyasət dayanır:
"Qətər dövləti inanır ki, insan kapitalına yatırım ölkənin əsl sərvətidir və buna görə də, həyatın tələblərinə uyğun savadlı və bacarıqlı nəslin hazırlanmasını öz prioritetlərindən hesab edir. Eyni zamanda Qətər iqtisadiyyatı bu gün regionda ən güclü və beynəlxalq aləmdə ən perespektivli iqtisadiyyatlardan hesab edilir. Qətər "2022 mundialı"na ev sahibliyi etmək üçün bir çox nəhəng layihələrin vaxtından əvvəl həyata keçirilməsinə yönəlmiş işlər görüb və bütün bu işlərin görülməsi iqtisadiyyatın şaxələndirilməsi nəticəsində mümkün olub".

 

Bugünkü tədbirin Qətər-Azərbaycan əlaqələrinin yaradılmasının 25-ci ildönümünə təsadüf etdiyini söyləyən  diplomat vurğulayıb ki, bu əlaqələrin inkişafında Qətər Dövlətinin Əmiri, əlahəzrət Şeyx Təmim bin Hamad bin Xəlifə Al Tani və Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu var:
"Qətər dövlətinin Azərbaycandakı səfiri vəzifəsinin icrasına başladığım qısa zaman ərzində iki dost ölkə arasındakı əlaqələri bütün sahələrdə möhkəmləndirmək və inkişaf etdirmək mənim diplomatik fəaliyyətimin əsas məğzini təşkil edir.
Həm Qətər dövlətində, həm də Azərbaycan Respublikasında məsul şəxslərin istəkli olmasından çıxış edərək, hər iki ölkənin mənafeyinə müvafiq olaraq bu əlaqələrin daha da inkişaf və tərəqqi edəcəyinə əminəm".

 

Daha sonra çıxış edən Fövqaladə hallar  naziri Kəmaləddin Heydərov, Qətərin qısa müddət ərzində regionda özünə layiqli yer tutmasından və insan kapitalına olan yatırımdan məəmmunluğunu vurğulayıb.

 

Nazir daha sonra əlavə edib ki, Qarabağ münaqişəsinin həlli məsələsində də, Qətər dövləti Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir.

 

Kəmaləddin Heydərov çıxışında 2016-cı ildə iki ölkənin  başçılarının qərarları ilə fəaliyyətə başlayan Azərbaycan Respublikası Höküməti və Qətər Dövlətinin Höküməti arasındakı uğurlu əməkdaşlıq platformasının əhəmiyyətinə toxunub.
Bayram münasibəti ilə bütün Qətər xalqını təbrik edən Kəmalləddin Heydərov çıxışının sonunda  insan kapitalına olan yatırımın, Qətərin ən böyük sərvəti olduğunu vurğulayıb.

 

Leyla Şah

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı