Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlk təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 5°-9°, gündüz 9°-13° isti olacaqdır. Bakıda gecə 6°-8°, gündüz 10°-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz olacaqdır.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə çiskin olacağı axşam saatlarında yağıntılı olacağı ehtimalı vardır. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Temperaturun gecə 1-5°, gündüz 6-11° isti, dağlarda gecə 3° şaxtadan 1°-dək isti, gündüz 2°-7° isti olacağı bildirilib.
Modern.az